AZ

8 yaşlı uşaq kolbasavə peçenye yeməkdən– kor oldu



Malayziyadan olan 8 yaşlı uşaq elə məktəbdə, dərsin ortasında görmə qabiliyyətini itirib.O, qışqıraraq ağlayıb və heç nə görmədiyini deyib.

“Medicina” xəbər verir ki, müayinə zamanı onda kəskin A vitamini çatışmazlığı aşkarlanıb.

Oğlan kiçik yaşlarından yeməkdə çox seçici idi və demək olar, ev yeməkləri yemirdi. Oğlan özünü əsasən toyuq göbələkləri, kolbasa və peçenye ilə bəsləməyə icazə verib.


Bu qidalar görmə qabiliyyətini qorumaqdan məsul olan A vitamininin kəskin çatışmazlığına səbəb oldu. Bu vitamin torlu qişada zəif işıqda görmə qabiliyyətini kəskinləşdirən zülal istehsalını təşviq edir. Vitamin çatışmazlığı optik sinirin tükənməsinə səbəb oldu. Proses geridönməzdir. Yəni heç bir müalicə artıq görməni bərpa edə bilməyəcək.

A vitamini bədənin sağlamlığının qorunmasında, xüsusilə görmə, immunitet sistemi və dəri üçün mühüm rol oynayır. Bu vitaminin çatışmazlığı müxtəlif problemlərə səbəb ola bilər.

A vitamini çatışmazlığının əsas əlamətləri:

Görmə problemləri:


Gecə korluğu: az işıq şəraitində görmə çətinliyi.

Quru gözlər: Gözlərdə quruluq və ya yanma hissi, kseroftalmiyaya (quru buynuz qişa) gətirib çıxara bilər.

Uşaqlarda A vitamini çatışmazlığı böyümə və inkişafda ləngimə nəticələnə bilər.

Ümumi yorğunluq və zəiflik hissi A vitamini çatışmazlığı ilə əlaqələndirilə bilər.


Aygün Musayeva


Seçilən
9
2
medicina.az

10Mənbələr