Çempionlar Liqasının Liqa mərhələsinin VII turunun ikinci günü bəzi statistik məqamlarla əlamətdar olub.
İdman.biz xəbər verir ki, İFFHS günün yaddaqalan faktları ilə bağlı hesabat hazırlayıb.
* "Arsenal"ın "Dinamo” (Zaqreb) ilə oyununda (3:0) 1 dəqiqə 44 saniyəyə hesabı açan Deklan Rays komandasının Çempionlar Liqasında son 10 ildə ən erkən qolunu vurub. 26 noyabr 2014-cü ildə Yaya Sanoqo Dortmund “Borussiya”sına 1 dəqiqə 11 saniyəyə qol vurmuşdu.
* “Leypsiq” – “Sportinq” görüşündə (2:1) fərqlənən Yussuf Poulsen Çempionlar Liqasında 23 oyunluq qol həsrətinə son qoyub. O, sonuncu dəfə 2020-ci ilin dekabrında qol sevinci yaşayıb. Sonrakı müddətdə klub və millidə 31 qol vuran danimarkalı ÇL-də fərqlənə bilmirdi.
* PSJ – “Mançester Siti”ni 4:2 hesabı ilə məğlub edərək Çempionlar Liqasında ilk dəfə 2 top fərqi ilə geridə olduğu matçdan qalib ayrılıb.
* 2012-ci ilin mayında Liqa 1-də “Valensyen”ə 0:2 hesabı ilə uduzduğu oyunda 4:3 hesablı qələbə qazanan PSJ bütün yarışlar nəzərə alınmaqla 13 ildən sonra 2 top fərqini aradan qaldırıb.
* PSJ Çempionlar Liqası tarixində 2-ci dəfə 2-ci hissədə 4 qol vurub. Parislilər 22 oktyabr 2019-cu ildə “Brügge” ilə oyunda bunu bacarmışdılar.
* PSJ Çempionlar Liqasının “Park de Prens”də keçirdiyi son 8 oyunun heç birində fasiləyə üstün yollanmayıb.
* “Mançester Siti” bütün yarışlar nəzərə alınmaqla mövsümdə 9-cu dəfə hesabda irəlidə olduğu oyunda qalib gələ bilməyib.
* “Mançester Siti” bütün yarışlar nəzərə alınmaqla 2 top üstünlüyü qazandığı son 115 oyunda ilk dəfə məğlub olub.
* 2024-cü il oktyabrında Çempionlar Liqası tarixində ən uzun məğlubiyyətsiz seriya rekordu (26 oyun) qırılan “Mançester Siti” ondan sonra keçirdiyi 4 matçın 3-də uduzub, 1-də bərabərə qalıb.
* “Real” – “Zalsburq” qarşılaşmasında (5:1) fərqlənən Vinisius Junior İspaniya klubunda bütün yarışlar nəzərə alınmaqla 100-cü qolunu vurub. O, “Kral klubu”nda “100”ü küçən ikinci braziliyalıdır. Ronaldo 104 dəfə fərqlənib. Ümumilikdə isə Vinisius “Real”da rəsmi yarışlarda 100 və ya daha çox qol vuran 23-cü oyunçudur.
* “Real”ın bütün yarışlar nəzərə alınmaqla son 54 qoluna İspaniya vətəndaşı olmayan futbolçular imza atıb. Bu, klubun 123 illik tarixində ilk belə hadisədir.
* “Sparta” – “İnter” oyunundakı (0:1) yeganə topun müəllifi Lautaro Martínes ÇL-də 14-cü qolunu vuraraq, “İnter”in Adrianoya məxsus rekordunu təkrarlayıb.
* “Feyenoord” - “Bavariya” oyununda (3:0) qonaqların qapısına yol tapan Santyaqo Ximenes Çempionlar Liqasının mövsümündə 4-cü qolu vurub və bu göstəricidə Yon Dal Tomassonun 1999/2000 mövsümündə imza atdığı klub rekordunu təkrarlayıb.
* “Feyenoord” “Porto” (2017/18) və “Tottenhem”dən (2019-20) sonra Çempionlar Liqasında ilk 7 oyununda 15+ qol vuran və buraxan 3-cü komandadır.
* "Milan" - "Jirona" matçında (1:0) fərqlənən Rafael Leao son 13 mövsümdə ilk oyunçudur ki, “rossonyeri” ilə ÇL-də ardıcıl 3 matçda qol vurub. Zlatan İbrahimoviç 2011/12 mövsümündə 5 ardıcıl oyunda rəqib qapısına yol tapıb.
* “Milan” Karlo Ançelottinin baş məşqçi olduğu 2005-ci ildən sonra ilk dəfə ÇL-in ardıcıl 5 oyununda qalib gəlib.
* “Brest”ə 2:0 hesabı ilə qalıb gələn “Şaxtyor” Avropa yarışlarında Fransa komandalarına qarşı keçirdiyi 11 ev oyunundan yalnız birində məğlub olub - 5 qələbə, 5 heç-heçə. Yeganə məğlubiyyət 30 sentyabr 2015-ci ildə PSJ ilə qarşılaşmada qeydə alınıb - 0:3.
* "Seltik" - "Yanq Boyz" matçında (1:0) uduzan İsveçrə klubu ÇL-də keçirdiyi son 8 oyunun hamısında məğlub olub. Turnirin antirekordu 13 dəfə uduzan “Marsel”ə məxsusdur.
İdman.biz