AZ

“Çempionlar Liqasının köhnə formatına üstünlük verirəm”

“Mançester Siti”nin müdafiəçisi Yoşko Qvardiol Çempionlar Liqasının qrup mərhələsinin tək liqa ilə əvəzləndiyi hazırkı formatı haqda danışıb.

90deqiqe.Az xəbər verir ki, 23 yaşlı futbolçu bu barədə jurnalistlərə açıqlamasında danışıb.

“Düşünürəm ki, köhnə formatı daha çox bəyəndim. Deyə bilərəm ki, bu format kifayət qədər yaxşıdır. Dörd oyununu evdə, dörd oyunu isə səfərdə keçirirsən. Düşünürəm ki, onlar bu formatı saxlayacaqlar, ona görə də biz buna öyrəşməliyik. Amma fikrimi soruşsanız, mən köhnə formata üstünlük verirəm. Orada üç rəqibə qarşı iki oyun keçirdik və hazırlaşmaq daha asan oldu”

Yanvarın 29-da “Mançester Siti” doğma meydanda “Brügge” klubu ilə qarşılaşacaq. Yalnız qələbə İngiltərə yığmasını pley-offa çıxaracaq.

Seçilən
8
47
90deqiqe.az

10Mənbələr