AZ

Həkim məsləhəti olmadan qəbul edilən ağrıkəsicilər – Fəsadları nələrdir?

Hər birimizin zaman-zaman müxtəlif səbəblərdən bədənimizin hər hansı bir nahiyəsində ağrılar yaranır. Lakin elə şəxslər də var ki, mütəmadi bu problemlərdən şikayətlənir. Çox vaxt fərqli-fərqli ağrıkəsici dərmanlardan istifadə edirik. Belə preparatlar bir tərəfdən ağırını kəsirsə, digər tərəfdən də yan təsirlərini müşahidə edirik. Habelə bunların hansı dozada qəbul olunması da önəmli məqamdır.Həkim-terapevt Günay Musayeva Missiya.Az-a açıqlamasında deyib ki, həkim nəzarəti və məsləhəti olmadan istifadə edilən ağrıkəsicilər müxtəlif sağlamlıq problemlərinə yol aça bilər:“Məsələn prostamolun yüksək dozada istifadəsi qaraciyər zədələnməsi, hətta qaraciyər çatışmazlığı kimi ağır fəsadlarla nəticələnir. Nurofen, İbuprofen, nimesil və s. kimi qeyri-steroid iltihabəleyhinə preparatların nəzarətsiz istifadəsi böyrək funksiyasını zəiflədir və müxtəlif renal proeblemlərə səbəb olur. Sözügedən dərmanların və aspirinin uzun müddətli istifadəsi mədənin selikli qişasını qıcıqlandırır, zədələyir, mədə xorası, həzmsizlik, mədə qanaxması kimi ciddi xəstəliklərə gətirib çıxarır”.

Günay Musayeva vurğulayıb ki, ağrıkəsicilərin uzun müddətli və nəzarətsiz istifadəsi zamanı ani ürəktutması və insulin riskində artma müşahidə edilir:“Xüsusilə yüksək dozada qeyri - steroid iltihabəleyhinə dərmanların, həmçinin digər güclü ağrıkəsicilər insanlarda asılılıq da yarada bilir ki, bu da psixi və fiziki problemlər əmələ gətirir. Bir çox şəxslərdə həmin dərmanların qəbulu yüksək həssaslıq, allergik reaksiyalar verə bilir. Ağrıkəsicilərdən uzun müddətli istifadə bir müddətdən sonra ağrıya qarşı həssaslığı artırır və dərmanların effekti azalmış olur. Belə preparatların döl üzərindən ciddi mənfi təsirləri olduğu üçün hamilələrə bunlardan uzaq durmaq tövsiyə edilir. Ağrılardan qurtulmaq üçün dərman seçimini mütəxəssis məsləhəti ilə etmək fəsadları minimuma endirərək, xəstəlikləri müalicə etməyə yardımçı olur”.

Zərintac MayisqızıMissiya.Az

Seçilən
11
33
missiya.az

10Mənbələr