AZ

Netanyahu Livanla bağlı Trampa MÜRACİƏT ETDİ

Netanyahu Livan vəziyyəti fonunda Trampa müraciət edib.

İsrail televiziyasının 13-cü kanalı xəbər verir ki, İsrailin baş naziri Netanyahu Tramp administrasiyasından İsrailin Livanın cənubunda hərbi mövcudluğunu davam etdirməyi xahiş edib. O, İsrail ordusu qüvvələrinin çıxarılması ilə bağlı əldə olunmuş razılığa baxmayaraq, qonşu dövlətdə İsrailin beş hərbi obyektinin saxlanmasına icazə istəyib. Sorğu İsrailin strateji işlər naziri Dermer vasitəsilə çatdırılıb.

İsrail izah edib ki, bu postlar İsrailin şimal bölgələrinin təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır, yerli sakinlərlə Cənubi Livanın əhalisi arasında müdafiə xətti təşkil edir.

İsrail təhlükəsizlik rəsmiləri və hökumət rəsmiləri razılaşırlar ki, Livanın cənubunda mövcudluğu zəruridir, ancaq ABŞ-ın icazəsi ilə. Məsələnin Nazirlər Kabinetinin növbəti iclasında müzakirə olunacağı gözlənilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
16
50
interpress.az

10Mənbələr