![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2019/9/18/1/822653c7-4964-4177-af7f-29144c6919bd/bank.jpg)
Ötən il Azərbaycan banklarının faiz gəlirləri 4 milyard 78,3 milyon manat olub.
Yeniavaz.com xəbər verir ki, əvvəlki – 2023-cü illə müqayisədə bankların faiz gəlirləri 589,9 milyon manat və ya 16,9% artıb.
Azərbaycanda ən çox faiz gəliri əldə edən bank “Azərbaycan Beynəlxalq Bankı” (ABB) olub.
Dövlət bankı olan ABB-nin son bir ildəki faiz gəliri 914,2 milyon manat olub.
Özəl banklar arasında ən çox faiz gəliri əldə edən bank isə “Kapital Bank” ASC olub. “Kapital Bank” ASC-nin fazi gəlirləri 850,3 milyon manata çatıb.
Qeyd edək ki, ölkədə fəaliyyət göstərən 22 bankın ümumi faiz gəlirlərinin yarıdan çoxu – 2 milyard 242,5 milyon manatı 3 bankın – ABB, “Kapital Bank” və “Paşa Bank”ın payına düşüb.
Cədvəldə Azərbaycanda fəaliyyət göstərən bankların ötən il əldə etdikləri faiz gəlirləri əks olunub:
![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2025/1/23/1/098dc588-d900-41d7-b949-0434e9156898/banklar-logo.png)
Elnur Əli