Boluda Kartalkaya xizək kurortunda yerləşən "Grand Kartal" hotelində baş verən yanğında 12-ci mərtəbədən atlayaraq xilas olmağa çalışan Şevval Şahindən xəbər var.
"Unikal" Türkiyə KİV-ə istinadla bildirir ki, ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən gənc qızın həyatını xilas etmək mümkün olmayıb.
"Reanimasiya şöbəsində müalicə alan Şahin gecə saatlarında dünyasını dəyişib", - KİV yazıb.
Qeyd edək ki, Boluda hoteldə baş verən yanğın nəticəsində 79 nəfər həyatını itirib.