“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Vüsal Aslanov kadr təyinatı həyatı keçirib...
Poliqon xəbər verir ki, qlobal.az-ın əldə etdiyi məlumata görə Vüsal Aslanov təchizat və satınalma şöbələrinə yeni rəhbər təyin edib.
Təyinatın hələ ki, ictimaiyyətdən gizli saxlanıldığı bildirilir.
Digər məlumatda isə "Bakı Metropoliteni” QSC-nin bundan sonra daxili satınalma qaydalarında işləyəcəyi bildirilir.
Qeyd edək ki, Vüsal Aslanov ötən ilin dekabr ayında "Bakı Metropoliteni” QSC-nin sədri vəzifəsinə təyin edilib.
Poliqon.info