Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib, Azərbaycan Premyer Liqası və Əvəzedicilər Liqası ilə bağlı bəzi qərarlar açıqlanıb.
Arena.az sizi həmin qərarların siyahısı ilə tanış edir:
Azərbaycan Premyer Liqası
“Kəpəz” – “Turan Tovuz” oyununda “Turan Tovuz”un 5 futbolçusu sarı vərəqə aldığına görə Tovuz klubu 700 manat cərimə edilib. “Turan Tovuz”un azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə Tovuz komandası 800 manat cərimə edilib. “Turan Tovuz”un azarkeşləri tərəfindən hakimlərin və rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə Tovuz komandası 1000 manat cərimə edilib. “Turan Tovuz”un azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə Tovuz komandası 1500 manat cərimə edilib.
“Neftçi” – “Sabah” oyununda meydançaya kənar şəxs daxil olduğuna görə “Neftçi” komandası 800 manat cərimə edilib.
Əvəzedicilər Liqası
“Neftçi-2” – “Sabah-2” oyununda “Neftçi”nin 5 futbolçusu sarı vərəqə aldığına görə sözügedən komanda 70 manat cərimə edilib. “Sabah”ın 5 futbolçusu sarı vərəqə aldığına görə bu klub da 70 manat cərimə edilib.
“Kəpəz-2” – “Turan Tovuz-2” oyununun 81-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Amur Yusifov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. Gəncə komandası buna görə 50 manat cərimə edilib.