“Avropa güclü və suveren olmalıdır. Hərəkət etmək lazımdır. Daha çox cəsarət və müstəqillik daxil olduğumuz dövrə yeganə cavabdır".
Mövzu ilə bağlı Demokrat.az-a danışan siyasi şərhçi Kənan Novruzov bildirib ki, Trampın hakimiyyətə gəlməsi ilə artıq ABŞ Ukraynaya dəstəyi azaldacaq:
“Bunun iki səbəbi var. Birincisi, Rusiya ilə münasibətləri qismən normallaşdırmaq və Rusiya ilə münasibətlərin daha da gərginləşməsinin qarşısına almaqdır. Çünki bilirik ki, Trampın əvvəlki hakimiyyət dövründə Rusiya ilə münasibətlər Bayden dövrünə nisbətən daha yaxşı idi. Tramp çalışacaq ki, həmin münasibətlər səviyyəsini bərpa etsin. İkincisi, Ukraynadakı müharibəni bitirmək. Tramp düşünəcək ki, Ukraynaya dəstəyi azaltmaqla buna nail olmaq mümkündür. Avropa İttifaqı Rusiya qarşısında tək qalacaq. Yəni, indiyə kimi ABŞ və Avropa İttifaqı birlikdə Rusiyaya qarşı mübarizə aparırdısa və indi ABŞ çəkiləcək, Avropa İttifaqı tək qalacaq”.
K.Novruzov bildirib ki, Makron və Şoltsu narahat edən məsələ budur:
“O baxımdan belə fikir səsləndiriblər. Avropa İttifaqı və ABŞ arasında münasibətlər kəskinləşməklə yanaşı, həm də Avropa İttifaqının daxilində problemlər yaranmağa başlayacaq. Bəzi üzv dövlətlər Ukraynaya dəstəyin artırılmasına tərəfdar olduğu halda, bəziləri geri addım atacaqlar. Düşünəcəklər ki, bundan sonra dəstək göstərmək mənasızdır.
Və bu həqiqətən Avropanın işini həm iqtisadi, həm də siyasi cəhətdən çətinləşdirəcək. İqtisadi cəhətdən qaz böhranı, enerji çatışmazlığı kimi hallar yaranacaq. Belə olan halda Avropa təklənəcək. Rusiya təhdidi, təhlükəsi fonunda tək qalacaq. Ona görə də, Makron ilə Şoltz deyirlər ki, biz Trampın hakimiyyətə gəlişi fonunda Avropanın təhlükəsizliyini gücləndirməliyik. Bütün bunların fonunda Avropanın çox çətin günləri gözləyir”.
Leyla Turan
Demokrat.az
10Mənbələr
-
missiya.az“Avropa keçmişdə olduğu gücə malik deyil” - AŞPA sədri ( 15136043)
-
turan.azGürcü Arzusu Avropa Şurası Parlament Assambleyasında işini dayandırdığını bildirib ( 15134511)
-
unikal.az"Gürcüstanı itirdiyimizə görə təəssüflənirik" - AŞPA prezidenti ( 15130187)
-
apa.azZelenski müharibənin nə vaxt bitəcəyini açıqlayıb ( 15128209)
-
manset.azKobaxidze AŞPA-nın təkrar seçkilərlə bağlı qətnaməsini absurd adlandırdı ( 15127985)
-
bizim.mediaZelenski: “Müharibə yalnız bu halda bitə bilər” - VİDEO ( 15127989)
-
cebheinfo.azPartiya sədri: "Avropa Şurası beynəlxalq qurum kimi yox ola bilər" ( 15121517)
-
teleqraf.comManukyandan xəyanət etirafı: “Çox pis iş gördük, onları arxadan vurduq” ( 15110223)
-
parol.az"Avropa özünü qlobal oyunçu kimi təsdiqləməlidir" - Zelenski ( 15106383)
-
referans.azPutin Ukraynada münaqişəsinin nə vaxt bitə biləcəyini AÇIQLADI ( 15104671)