“Qarabağ” bu gün növbəti avrokubok matçına çıxacaq.
Sportinfo.az xəbər verir ki, Ağdam klubu Avropa Liqasında FCSB ilə görüşəcək.
Liqa mərhələsinin VII turunun Bakıdakı görüşü Azərbaycan və Rumıniya komandaları arasında 9-cu avrokubok qarşılaşması olacaq.
Bunadək iki ölkə təmsilçilərinin yolları 4 dəfə ikimatçlıq dueldə kəsişib. Bütün qarşıdurmalarda mərhələni rumıniyalılar keçib.
Baş tutan 8 oyunda Azərbaycan komandalarının yalnız bir qələbəsi var. Buna “Vaslui”ni Bakıda məğlub edən “Neftçi” imza atıb.
Yeganə heç-heçə isə “Astra” ilə qolsuz bərabərə qalan “Zirə”yə məxsusdur. Bakı klublarının ikisi də səfərdə 2 top fərqi ilə uduzub.
Sonradan “Bakı” adlanan “Dinamo” da, “Səbail” də Rumıniya klublarına hər iki qarşılaşmada məğlub olub. Ümumilikdə 8 qol vuran təmsilçilərimiz 19 top buraxıblar.
“Qarabağ” isə ilk dəfə Rumıniyadan olan rəqiblə üz-üzə gələcək. Ölkəmizin ən titullu klubu digər təmsilçilərimizdən fərqlənmək, dueldən üstün ayrılmağa çalışacaq.
Amma rəqib də öz ölkəsinin ən güclüsüdür. FCSB da ilk dəfə Azərbaycan komandası ilə qarşılaşacaq (idman.biz).
1998/99, UEFA kuboku
“Arceş” – “Dinamo” – 5:1, 2:0
2008/09, İntertoto kuboku
“Neftçi” – “Vaslui” – 2:1, 0:2
2017/18, Avropa Liqası
“Astra” – “Zirə” – 3:1, 0:0
2019/20, Avropa Liqası
“Səbail” – “Universtatya” Krayova – 2:3, 2:3