AZ

ÇL: kim həftənin ən yaxşısı seçiləcək?

Çempionlar Liqasında liqa mərhələsinin 7-ci turunun matçlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Nominantlar sırasına Vinisius Junior (Real), Xulian Alvares (Atletiko), Rafinya (Barselona) və Lyuk de Yonq (PSV) layiq bilinib. Bu oyunçuların hər biri rəqib qapılarından iki top keçiriblər. Vinisius “Zalstburq” (5:1), Alvares “Bayer-04” (2:1), Rafinya “Benfika” (5:4), De Yonq isə “Srvena Zvezda”ya (3:2) 2 qol vurub.

Həftənin ən yaxşı oyunçusu UEFA-nın rəsmi saytında keçirilən səsvermə ilə müəyyənləşəcək.

Seçilən
31
1
football-plus.az

2Mənbələr