AZ

Tramp dərhal Putinlə görüşmək istəyir

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə dərhal görüşmək istədiyini bildirib. SİA xəbər verir ki, onun sözlərindən Reuters agentliyi sitat gətirib. Təfərrüatlar hələlik məlum deyil. Bundan əvvəl Tramp Ukraynanın müqavilə bağlamağa hazır olduğunu açıqlamışdı. Amerika lideri vurğulayıb ki, onun dövründə Ukrayna ilə Rusiya arasında münaqişə ümumiyyətlə başlamazdı. O, həmçinin Ukrayna münaqişəsinin həllinin “asan və ya çətin yolla” mümkün olduğunu bildirib və birinci variantın “həmişə daha yaxşı” olduğunu vurğulayıb. Bundan əlavə, Ağ Ev rəhbəri bildirib ki, vəziyyətin həlli mümkün qədər tez baş verməlidir.

Seçilən
25
50
sia.az

10Mənbələr