AZ

BMT: Temperaturun yüksəlməsi Paris razılaşmalarının uğursuzluğu demək deyil...

Yer kürəsində orta illik temperatur artımının 1,5°C-i keçməsi Paris razılaşmasının iflasa uğraması demək deyil...

Poliqon xəbər verir ki, bu barədə “RİA Novosti” Agentliyinə BMT-nin Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) rəhbəri Selest Saulo məlumat verib.

“Bu o demək deyil ki, biz Paris Sazişinin qlobal orta səth temperaturunun uzunmüddətli artımını sənayedən əvvəlki səviyyədən 2°C-dən xeyli aşağı saxlamaq məqsədinə nail ola bilməmişik”, deyə alim izah edib.

Eyni zamanda, klimatoloq iqlim dəyişikliyinin artıq genişmiqyaslı kataklizmlərlə nəticələndiyini diqqətə çatdırıb. Buna misal olaraq ABŞ-də həddindən artıq istilər, meşə yanğınları və Helena və Milton qasırğalarını göstərmək olar.

Poliqon.info

Seçilən
6
14
poliqon.info

10Mənbələr