Əfqanıstanın Taliban hərəkatının nümayəndələri KazanForum iqtisadi forumu çərçivəsində Tatarıstan hakimiyyətindən Əfqanıstan sərgisi təşkil etməyi xahiş ediblər...
Poliqon bu barədə RİA Novosti nəşrinə istinadən xəbər verir.
Nəşr yaızb ki, Əzizi Tatarıstanın rəisi Rüstəm Minnixanova məktub yazıb. Məktubda deyilir: “Biz yaxşı yerdə və aparıcı iş adamlarımızın məhsullarını ən yaxşı şəkildə təqdim etmək üçün sərgi pavilyonu təşkil etmək istərdik”.
Nazir Əzizi həmçinin əlavə edib ki, Kabil Kazanın və forumun tərəfdaşı olmağa və orada ən yüksək səviyyədə iştirak etməyə hazırdır. Əfqanıstandakı Rusiya Biznes Mərkəzinin rəhbəri Rüstəm Xabibullin təsdiqləyib ki, 60-a yaxın aparıcı əfqan iş adamı forumda öz mallarını, o cümlədən zərgərlik, qida, tekstil, xalça, kosmetika və məişət kimyası məhsulları nümayiş etdirməyə hazırdır.
Poliqon.info