"Afrika qitəsi gözləniləndən çox tez parçalanacaq".
Publika.az "Daily Mail"ə istinadla xəbər veri ki, bunu Kaliforniya Universitetinin professoru Ken Makdonald deyib.
O qeyd edib ki, Efiopiya səhrasında təxminən 56,5 km uzunluğunda çat 2005-ci ildə yaranıb, lakin o vaxtdan bəri hər il təxminən 1,5 sm sürətlə genişlənir.
"Mütəxəssislərin yeni hesablamalarına görə, qitə yaxın bir-beş milyon il ərzində parçalana bilər, baxmayaraq ki, əvvəllər bu prosesin on milyonlarla il çəkəcəyi güman edilirdi", - Makdonald əlavə edib.
O qeyd edib ki, Hind okeanının suları qalxıb Şərqi Afrika Rift Vadisi ərazisini su basdıqda belə vəziyyət yarana bilər.