Türkiyə Silahlı Qüvvələrinin zabiti İraqda həlak olub.
Qaziler.az TRT-Haber-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, “Pənçə-Kaplan” əməliyyat bölgəsində ağır yaralanan kiçik zabit Ufuk Akıncı xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Nazirlik şəhidin ailəsinə və yaxınlarına başsağlığı verib.
Türkiyə Milli Müdafiə naziri Yaşar Gülər də zabit Akıncı üçün başsağlığı mesajında bunları qeyd edib:
"Qəhrəman döyüşçümüz 23 yanvar 2025-ci ildə şəhid olub. Öz adımdan və Milli Müdafiə Nazirliyinin üzvləri adından qəhrəman şəhidimizə Allahdan rəhmət, mərhumun ailəsinə və nəcib millətimizə səbr diləyirəm”.
QAZİLER.AZ