AZ

Ötən gecə Rusiyada 121 ədəd PUA zərərsizləşdirilib

Ötən gecə Rusiyanın 13 regionunda Ukraynaya məxsus ümumilikdə 121 ədəd pilotsuz uçuş aparatı (PUA) zərərsizləşdirilib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bunun 2025-ci ilin əvvəlindən törədilən ən genişmiqyaslı PUA hücumu olduğu bildirilib.

Rəsmi məlumatda həmçinin onların sayının Bryansk ərazisində 37, Ryzand 20, habelə Kursk və Saratov vilayətlərində 17 ədəd olduğu açıqlanıb.

Eyni zamanda Moskva Belqorod vilayətlərində 14, Voronejdə 3, Tula, Orlovsk və Lipetskdə isə ümumi sayı 6 ədəd olan pilotsuz uçuş aparatı sıradan çıxarılıb.

Krım ərazisində isə bir ədəd PUA məhv edilib.

Seçilən
34
7
apa.az

10Mənbələr