1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Quba, Füzuli və Qax rayonlarında yeni peşə təhsili müəssisələrinin açılması planlaşdırılır.
Oxu.Az xəbər verir ki, bu sözləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib.
O bildirib ki, bu il peşə təhsili müəssisələrinə 25 min tələbə qəbulu həyata keçirilib:
"Bu son 10 ildə olan ən yüksək göstəricidir. 2026-cı ilə qədər 28 minə yaxın tələbə qəbulunun həyata keçirilməsi planlaşdırılır".
Direktor qeyd edib ki, son 6-7 ildə peşə təhsili üzrə 100-ə yaxın proqram hazırlanıb, yaxud da mövcud olanlar yenilənib:
"550 mindən çox dərslik çap olunaraq peşə təhsili müəssisələrinə çatdırılıb. Yerli müəlliflər ilə yanaşı, beynəlxalq standartlara uyğun dərsliklərin tələbələrə çatdırılması istiqamətində də iş aparırıq. 60 dərslik artıq tərcümə edilib, tələbələrə çatdırılır".
Aygün Mirakif