AZ

Bir gecədə 121 PUA hücumu! Moskva səmasında Ukrayna dronu!

Hurriyyet.az xəbər verir ki, Rusiyanın Müdafiə Nazirliyi ilin əvvəlindən bəri ən böyük PUA hücumu ilə üzləşdiklərini bəyan edib. Yanvarın 24-nə keçən gecə Ukraynanın 121 ədəd dronunun Rusiyanın HHM sistemləri tərəfindən dəf edildiyi bildirilir. Bu, 2025-ci ilin başlanmasından bəri Rusiya ərazisinə edilən ən irimiqyaslı hücumdur.

RF MN-in məlumatına görə, dronlar ölkənin müxtəlif rayonlarının səmalarında vurulub:

37 PUA - Bryansk vilayəti üzərində,

20 PUA - Ryazan vilayəti üzərində,

17 PUA - Kursk vilayəti üzərində,

17 PUA - Saratov vilayəti üzərində,

7 PUA - Rostov vilayəti üzərində,

6 PUA - Moskva vilayəti üzərində,

6 PUA - Belqorod vilayəti üzərində,

3 PUA - Voronej vilayəti üzərində,

2 İHA - Tula bölgəsi üzərində,

2 PUA - Oryol vilayəti üzərində,

2 PUA - Lipetsk vilayəti üzərində,

1 İHA - Krım üzərində,

1 İHA - Moskva üzərində. 

Nazirlik hücumların insan tələfatı və ya əhəmiyyətli dağıntı ilə nəticələnmədiyini qeyd edib.

Hürr Tərcüman

Seçilən
40
21
hurriyyet.az

10Mənbələr