AZ

Agentliyin direktoru: "Müəllimlərin təlimlərə cəlb edilməsi əsas prioritetdir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bu il 200 müəllimimizin beynəlxalq mübadilə proqramlarında iştirak etməsini planlaşdırırıq".
Oxu.Az xəbər verir ki, bu sözləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov "Peşə təhsilverəni: Yeni çağırışlar və perspektivlər" mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, təhsilverənlərin peşəkar inkişafı və ixtisas artırma təlimlərinə cəlb olunması istiqamətində vacib hədəflər var:
"Son illərdə biz yüzlərlə müəllimimiz üçün yerli və beynəlxalq təlimləri təşkil etmək istiqamətində fəaliyyət həyata keçirilib.
Təlimlər təşkil edilərkən həm yerli, yəni Azərbaycanın, həm də Türkiyə, Almaniya, Koreya, Birləşmiş Ərəb Əmirliyi kimi ölkələrin ekspertlərinin iştirakı ilə keçirilib.
Bu il üçün göstərilən hədəflərdə də müəllimlərin təlimlərə cəlb edilməsi əsas prioritetdir".
Aygün Mirakif
Seçilən
8
50
oxu.az

10Mənbələr