Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu nüvə gücləri arasında toqquşma riskinin artacağı barədə xəbərdarlıq edib.
Missiya.Az xəbər verir ki, siyasətçi bu barədə “TASS”a müsahibəsi zamanı məlumat verib.
O, etiraf edib ki, bu vəziyyət dünyada münaqişələrin artması və geosiyasi qarşıdurmanın kəskinləşməsi fonunda inkişaf edir.
Şoyqunun sözlərinə görə, Qərb dövlətləri Rusiya və Belarus daxilində siyasi vəziyyəti gərginləşdirmək üçün istənilən vasitələrdən istifadə edirlər.
O, qeyd edib ki, Rusiya və Belarusa qarşı həm sanksiyalar vasitəsilə iqtisadi müharibə aparılır, həm də ideoloji müstəvidə təcavüz edilir.
Daşqın HəsənovMissiya.Az