AZ

Meyitinin yandırılmasını istəyən insanlar da var- ÖZƏL

"Nazirlər Kabinetinin təsdiq etdiyi "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"nda əsas anlayışlarda kremasiya - ölmüş şəxsin dini mənsubiyyətinə və milli adət və ənənələrə uyğun olaraq, dəfndən əvvəl meyitin xüsusi sobalarda yandırılması, krematori - meyitin yandırılması üçün xüsusi sobaları və qurğuları olan bina, kolumbari - krematoridə yandırılmış meyitin külü olan urnaların (kül olan xüsusi qab) saxlanıldığı yerlə bağlı məsələlər də əksini tapıb". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov deyib: "Nəzərə almalıyıq ki, Azərbaycan dünyəvi dövlətdir. Bu gün ölkəmizdə müxtəlif dinlərin, etiqadların nümayəndələri yaşayırlar. Azərbaycan Konstitusiyasında da bu ölkədə yaşayan hər bir dinin nümayəndələrinin hüquqları təsbit olunub. Ölkəmiz etiqad azadlığını təmin edib. Odur ki, Nazirlər Kabinetinin qərarında bu məsələnin əksini tapması normaldır. Hələki ölkəmizdə buna geniş ehtiyac yoxdur, amma nəzərə alsaq ki, meyitinin yandırılmasını istəyən insanlar da var və gələcəkdə bunların sayı arta bilər. O zaman bu məsələnin gündəmdə saxlanılmasına ehtiyac var. Burada ən əsas məqam hüquqi baza və qaydanın olmasıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
13
50
olaylar.az

10Mənbələr