“RİA Novosti” xəbər verir ki, amerikalı jurnalist Kendis Ouens Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricitin kişi doğulmasına dair sübutları dərc edəcəyinə söz verib.
Jurnalist bildirib ki, Fransa prezidentinin ailəsinin vəkilləri onu təqib edir, lakin onlar “onun ağzını bağlaya bilmirlər”. Ouens həmçinin vurğulayıb ki, prezidentlər xarici jurnalistləri “açacaqları şeydən qorxmasalar” təhdid etmirlər.
O, iddia edir ki, Makronun 24 yaş özündən böyük olan məktəb müəllimi Bricit (qiz soyadı Tronye), əslində Jan-Mişel adlı kişi olaraq doğulub.
Amerikalı jurnalist Bricit Makronun kişi olaraq doğulduğu iddiasını dəstəklədi. Sosial şəbəkələrdəki videosunda o, Bricitin guya Jan-Mişel Tronye adlı kişi olaraq doğulduğunu iddia edən başqa bir jurnalist Nataşa Reyin araşdırmasına istinad edib.
Yayımlandıqdan sonra sosial şəbəkələrdə Fransa prezidentinin həyat yoldaşının cinsi kimliyi ilə bağlı xəbərlər çox sürətlə yayıldı. Daha sonra Fransanın birinci xanımı jurnalistə qarşı böhtan iddiası qaldırıb.
Cütlük 2007-ci ildə ailə həyatı qurub. Bricitin əvvəlki evliliyindən üç yetkin övladı var. Fransa prezidenti ondan 24 yaş kiçikdir. Makron 39 yaşlı evli müəllimə Bricitlə münasibətə başlayanda 15 yaşında idi.
Almaz Həsənli