AZ

KTMT hələ də Ermənistanı müttəfiq hesab edir

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan Xarici Kəşfiyyat Xidmətinin müraciətinə baxmayaraq, hələ də respublikanı özünün müttəfiqi hesab edir.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə qurumdakı mənbə məlumat verib. Bundan əvvəl Ermənistan Xarici Kəşfuyyat Xidməti öz hesabatında bildirib ki, İrəvan  KTMT-nin işinə əngəl olmayacaq.

“Bəli, təşkilatın Katibliyi Ermənistan Respublikası Xarici Kəşfiyyat Xidmətinin bu bəyanatından xəbərdardır. Bununla belə, biz Ermənistanı hələ də müttəfiq hesab edirik və İrəvanla əməkdaşlığı davam etdiririk”, -deyə bəyanatda bildirilir.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
4
7
konkret.az

5Mənbələr