AZ

Azərbaycan və Pakistan arasında strateji əməkdaşlığın inkişaf müzakirə edilib (FOTO)

Bakı. Trend:

23-24 yanvar 2025-ci il tarixlərində Azərbaycan Respublikasınınxarici işlər nazirinin müavini Elnur Məmmədov Pakistan İslamRespublikasında səfərdə olub.

XİN-dən Trend-ə verilən məlumata görə, 23 yanvar tarixibdəİslamabad şəhərində Azərbaycan Respublikası ilə Pakistan İslamRespublikası Xarici İşlər Nazirlikləri arasında siyasiməsləhətləşmələrin 4-cü raundu keçirilib. Nümayəndə heyətinəAzərbaycan tərəfindən nazir müavini Elnur Məmmədov, Pakistantərəfindən xarici işlər nazirinin müavini Amna Baloç başçılıqediblər.

Məsləhətləşmələr zamanı siyasi, iqtisadi, ticarət, kəndtəsərrüfatı, təhsil, mədəniyyət, energetika, turizm və digərsahələrdə əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparılıb.Müxtəlif, o cümlədən yüksək səviyyələrdə qarşılıqlı səfərlərinəhəmiyyəti, onun ikitərəfli əlaqələrin bir çox sahələrinə müsbəttəsiri qeyd olunub.

Müzakirələr çərçivəsində, 2024-cü ildə Prezident İlham ƏliyevinPakistana dövlət səfəri və səfər çərçivəsində imzalanan ikitərəflirazılaşmalar, həmçinin Baş nazir Məhəmməd Şahbaz Şərifin Bakıdakeçirilən COP29-un Liderlər Sammitində iştirakı dostluq vəqardaşlıq üzərində qurulmuş Azərbaycan-Pakistan əlaqələrinindinamik inkişafında yeni mərhələ kimi dəyərləndirilib. Hər ikitərəf münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə edib.

Nazir müavini Elnur Məmmədov Azərbaycanın sülh gündəliyi,Ermənistanla normallaşma prosesi, işğaldan azad edilmiş ərazilərdəbərpa və quruculuq işləri və investisiya layihələri haqqındaətraflı məlumat verib.

Görüşdə tərəflər, həmçinin beynəlxalq platformalarda əməkdaşlıq,regional məsələlər və digər qarşılıqlı maraq doğuran mövzularətrafında fikir mübadiləsi aparıblar.

Nazir müavini Elnur Məmmədov Pakistan Baş nazirinin müavini,xarici işlər naziri Mohammad İshaq Dar tərəfindən qəbul edilib.Görüş zamanı iki ölkə arasında strateji əməkdaşlığın inkişafetdirilməsinin önəmi, qarşılıqlı yüksək səviyyəli səfərlərinəhəmiyyəti və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirəedilib.

24 yanvar tarixində E.Məmmədov Azərbaycan Pakistan BirgəKomissiyasının 8-ci iclasında iştirak və çıxış edib.

Azərbaycan
Azərbaycan
Seçilən
11
50
az.trend.az

10Mənbələr