Alimlər Afrika qitəsinin iki hissəyə bölünməsinin vaxtını yenidən nəzərdən keçiriblər. Onların fikrincə, bu, gözləniləndən xeyli tez baş verə bilər.Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, Kaliforniya Universitetinin professoru Ken MacDonald-ın məlumatlarına görə, qlobal fəlakət 1-5 milyon il ərzində baş verə bilər, halbuki əvvəlcə bu prosesin on milyonlarla il çəkəcəyi güman edilirdi.MacDonald-ın fikrincə, fəlakət nəticəsində Hind okeanının sularının hazırda Şərqi Afrika Rift Vadisinin yerləşdiyi ərazini su altında qoyması baş verə bilər. Afrikanın parçalanması planetdə yeni qitənin və okeanın yaranmasına gətirib çıxaracaq.Beləliklə, alimin fikrincə, yeni qitə Somali, Keniya, Tanzaniya və Efiopiyanın yarısından ibarət olacaq. Çox güman ki, Nubiya qitəsi adlanacaq."Nəhayət, Şərqi Afrika Afrikanın qalan hissəsindən yeni bir okeanla ayrılan yeni bir qitəyə çevriləcək" professor belə deyib.ElcanMissiya.Az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta