Macarıstan Baş Naziri Viktor Orban Avropa İttifaqından Ukraynanı Rusiyadan Avropaya qaz tranzitini bərpa etməyə inandırmasını tələb edib.
APA xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban “Kossuth Radiosu”nda bildirib.
Orban Macarıstanın hələ ki, Rusiya ilə bağlı sanksiyaların uzadılmasına dəstək verib-verməməyə qərar vermədiyini bildirib.
Orban sanksiyaların Macarıstana 19 milyard avro ziyan vurduğunu iddia edib və Ukraynanın Rusiyadan Avropaya qaz axınını dayandırmasını tənqid edib.
O, həmçinin Aİ xarici işlər nazirləri bazar ertəsi sanksiyaların uzadılmasını müzakirə edəcəyin və Macarıstanın xarici işlər naziri böyük bir müzakirənin gözlənildiyini bildirib.