İtaliyanın "Milan" klubu hücum xəttini gücləndirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, "rossonerilər" "Feyenoord"un hücumçusu Santyaqo Ximenesi heyətinə qatmağı planlaşdırır.
Bu barədə italiyalı jurnalist Canluka Di Martsio məlumat yayıb. Mənbənin iddiasına görə, tərəflər Rotterdam klubunun rəhbərliyi 23 yaşlı meksikalı üçün 40 milyon avro tələb edir. "Milan" həmin məbləği ödəməyə hazırdır.
Ximenes Çempionlar Liqasının son turunda "Bayern Münhen"lə oyunda dubl edib. Oyundan sonra meksikalı Rotterdam klubundan ayrılma ehtimalını dəyərləndirərək deyib: "Baxacağıq nə olacaq. Qarşıda həlledici həftələr var və hər şey Allahın əlindədir. Mən "Feyenoord"u və onun azarkeşlərini sevirəm. İlk gündən bu kluba hər şeyimi vermişəm".
Futbolçunun "Milan" ilə hazırkı müqaviləsinin müddəti 2027-ci il iyunun 30-na kimi hesablanıb.
Santyaqo Ximenes bu mövsüm "Feyenoord"un heyətində 18 oyun keçirib, 15 qol vurub və 3 məhsuldar ötürmə verib.
Mirağa