AZ

Netanyahu llon Maski "İsrailin böyük dostu" adlandirib

Netanyahu

"Amerikalı milyarder İlon Mask, ABŞ Prezidenti Donald Trampın andiçmə mərasimində etdiyi hərəkət səbəbilə, nasist salamına bənzər bir jest göstərməkdə ittiham edilib. Bu hərəkət bəzi insanlar tərəfindən nasizm ilə əlaqələndirilərək, Maskın şərəfini ləkələyib. Lakin, Mask və onun tərəfdarları bunun səhv anlaşıldığını və hərəkətin sadəcə qədim Roma salamına bənzədiyini bildirib".“Ulusum”.az xəbər verir ki, bu barədə İsrailin Başnaziri Benyamin Netanyahu X sosial şəbəkəsində bildirib. Netanyahu, Maskın "İsrailin böyük dostu" olduğunu qeyd edərək, onun daim İsrailin özünü terrorçulardan və onu məhv etməyə çalışan rejimlərdən qoruma hüququnu dəstəklədiyini vurğulayıb.Netanyahu həmçinin Maskın 2023-cü ilin 7 oktyabrında, HAMAS terrorçularının Holokostdan sonra yəhudi xalqına qarşı ən dəhşətli cinayətini törətdikdən sonra İsrailə gəldiyini xatırladıb.İlon Musk, nasizm ittihamlarına cavab verərək, tənqidçilərinə "daha yaxşı çirkli hiylələr" düşünməyə çağırıb, çünki "hamı Hitlerdir" şüarının artıq ona yorucu gəldiyini bildirib.Xatiraladaq ki, Trampın andiçmə mərasimində Mask, Alman nasistləri tərəfindən istifadə edilən Roma salamı ilə bənzər bir jest nümayiş etdirib. Bu hərəkət bir neçə ölkədə, o cümlədən Rusiyada qadağan olunub. Milyarder həmçinin mərasimdə nitq söyləyərkən, ictimaiyyətin qarşısında rəqs edib.Səidə

Diqqət Çəkənlər

AP: İraqda uşaqlarla evlənməyə icazə verən qanun layihəsi parlament tərəfindən rəsmi olaraq qəbul edilib

AQTA: İrandan gətirilən 20 min kq-dan çox uyğunsuz qida məhsullu məhv edilib

Depressiya və ya Birinci Məktubdan Öncə

Seçilən
9
50
ulusum.az

10Mənbələr