AZ

Rusiyada çip fabriki dron hücumu səbəbindən istehsalını dayandırıb

Bakı, TurkicWorld

Rusiyanın ən böyük çip istehsalçılarından biri olan "Kremniy El" fabriki, Ukrayna ordusunun pilotsuz uçuş aparatları (PUA) ilə təşkil etdiyi hücum səbəbindən istehsalını dayandırıb.

TurkicWorld xəbər verir ki ,hücum Bryansk şəhərindəki fabrikə yönəlib və zavodun istehsal və anbar obyektlərinə ciddi ziyan vurulub.

Zərər nəticəsində fabrikin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, Ukrayna gecə saatlarında Rusiya ərazisinə, o cümlədən paytaxt Moskvaya 121 PUA ilə hücum həyata keçirib. Hücumların qarşısını almaq üçün tədbirlər görüldüyü qeyd edilsə də, Bryansk şəhərindəki bu strateji zavod hücumdan xilas ola bilməyib.

Qeyd edək ki, "Kremniy El" Rusiyada mikroelektronika sahəsində əsas istehsalçılardan biridir və ölkənin müdafiə sənayesi də daxil olmaqla müxtəlif sahələr üçün çiplər istehsal edir. Bu zavodun istehsalının dayanması Rusiyanın müdafiə və texnoloji sektoru üçün ciddi çətinliklər yarada bilər.

Seçilən
29
27
turkic.world

10Mənbələr