AZ

Çip fabrikinə PUA hücumu

Rusiyanın ən böyük çip fabriklərindən biri olan "Kremniy El"də pilotsuz uçuş aparatı (PUA) hücumu səbəbindən istehsal dayandırılıb.

"Cebheinfo.az" xəbər verir ki, Rusiyanın TASS  agentliyinin xəbərinə görə, Ukrayna ordusu Bryansk şəhərinə PUA-larla hücum edib.

Hücum zamanı “Kremniy El”in istehsal və anbar obyektləri zədələnib, fabrikdə istehsal dayandırılıb.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, Ukrayna gecə boyu 121 PUA ilə paytaxt Moskva da daxil olmaqla Rusiya ərazisinə hücum edib.

Seçilən
17
27
cebheinfo.az

10Mənbələr