Bəyanatda bildirilir ki, təsis müqaviləsinin müddəalarına baxmayaraq, KTMT-nin nizamnamə məqsədləri olan Cənubi Qafqazın problemlərinə cavab vermək qabiliyyətinin olmaması 2025-ci ildə çətin ki dəyişsin.
“Hesab edirik ki, Ermənistanın KTMT-də üzvlüyünün dondurulması üçün əsasların 2025-ci ildə aradan qalxması ehtimalı azdır".
Mövzu ilə bağlı millət vəkili Aydın Mirzəyev Demokrat.az-a açıqlamasında bildirib ki, KTMT elə Ermənistansız da qarşısına qoyduğu vəzifələri icra edə biləcək:
“Həmin təşkilata üzv olan ölkələr Ermənistandan başqa hamısı Azərbaycanın ərazi bütövünü dəstəkləyib. Hər birinin Azərbaycanla yaxşı münasibətləri var. Ermənistan həmin təşkilatı Azərbaycana qarşı istifadə etmək istəyir. Azərbaycan onun ərazisini işğal etmir. Niyə KTMT, Belarusiya, Qazaxıstan, Qırğızıstan və Rusiya Azərbaycana qarşı hərbi əməliyyat başlamalıdır? Ermənistanın KTMT-yə qarşı təxribatları baş tutmadı. Eyni zamanda Ermənistan bu gün qərb yönümlü siyasət yeridir”.
Millət vəkili qeyd edib ki, bu Ermənistanın xaricdən aldığı tapşırıqdır:
“Bildiyimiz kimi Ermənistan Avropa Birliyinə üzv olmaq üçün müraciət edib və Avropa Birliyində Ermənistanın tezliklə qəbul edilməsi üçün çalışan qüvvələr var. Mümkündür ki, Ermənistan sonradan NATO-ya üzv olmaq istəyəcək. Ermənistan həmişə bir dayaq, onun problemlərini həll edəcək digər ölkə və yaxud da ölkələr qrupu axtarıb. Ona görə də Azərbaycan bu məsələyə sakit baxır. Ermənistanın KTMT-dəki Azərbaycanın dostu olan ölkələri təxribata çəkmə planları baş tutmadı. Bundan sonrakı hərəkətlər nədirsə Azərbaycan adekvat olaraq cavab verəcək. Ermənistan bunu bilməlidir”.
Leyla Turan
Demokrat.az
10Mənbələr
-
baki-xeber.comErmənistan bu il KTMT-dən rəsmi çıxacaq... ( 15021193)
-
demokrat.az“Bu, Ermənistanın xaricdən aldığı tapşırıqdır” —Millət vəkili ( 15016797)
-
teleqraf.comKTMT-dən Ermənistan kəşfiyyatının bəyanatına reaksiya ( 15006559)
-
interpress.azKTMT Ermənistanı hələ də müttəfiq hesab edir – TASS ( 15006063)
-
sia.azErmənistan KTMT-yə üzvlüyünü ləğv etməkdən imtina edib ( 14998885)
-
news24.azErmənistan geri çəkildi: Bunu etməyə cəsarəti çatmadı ( 14993251)
-
missiya.az“Ermənistan KTMT-dən çıxmaq niyyətini açıqlamayıb” - Peskov ( 14988719)
-
azxeber.comPeskov: “Ermənistan indiyədək bu niyyətini bəyan etməyib” ( 14988311)
-
oxu.azPeskov: "Putin və Paşinyan Ermənistanın KTMT-də iştirakının bərpasını müzakirə etməyiblər" ( 14987523)
-
reyting.azPeskov: "Putin Paşinyanla Ermənistanın KTMT-dəki fəaliyyətini müzakirə etməyib" ( 14985443)