AZ

“Neftin qiymətinin düşməsi münaqişəni bitirməyəcək” – Kremldən Trampa cavab


“Neftin qiymətinin düşməsi Ukraynada münaqişənin bitməsinə gətirib çıxarmayacaq, bu məsələlər bir-birləri ilə əlaqəli deyil”.
Yeniavaz.com
xəbər verir ki, bunu jurnalistlərə açıqlaması zamanı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O bunu, ABŞ Prezidenti Donald Trampın neftin qiymətinin aşağı düşməsinin Ukraynadakı münaqişəyə son qoya biləcəyi ilə bağlı dediklərini şərh edərkən bildirib.
“Bu münaqişə Rusiya Federasiyasının milli təhlükəsizliyinə təhdid, məlum ərazilərdə yaşayan ruslar üçün təhlükə, amerikalıların və avropalıların Rusiyanın narahatlığına qulaq asmaq istəməməsi və tamamilə imtina etməsi səbəbindən baş verir. Bunun neftin qiymətləri ilə heç bir əlaqəsi yoxdur”, - deyə Peskov bildirib.
Seçilən
19
7
yeniavaz.com

10Mənbələr