AZ

Amorim: “Mən gələndən “Mançester Yunayted” lap bərbad oynayır”

“Mançester Yunayted”in portuqal baş məşqçisi Ruben Amorim “qırmızı şeytanlar”ın zəif nəticələrini şərh edib.

Arena.az məlumat verir ki, portuqal mütəxəssis bu barədə jurnalistlərlə görüşü zamanı söhbət açıb:

“Mən məsuliyyəti futbolçuların üzərindən götürmürəm. Dediyim odur ki, 10 oyundan 7-də uduzmuş “Mançester Yunayted”i tapmaq üçün çox çalışmalısan. Eyni oyunçular yeni baş məşqçinin rəhbərliyi altında daha pis oynamağa başlayıblar. Hazırda məni ən çox narahat edən xüsus da budur.

Topa sahib olanda biz çox əsəbi oluruq. Mən birbaşa deyirəm: biz çox zəif oynayırıq, nəticələrimiz isə dəhşətlidir. Bunun üçün ən böyük məsuliyyəti öz üzərimə götürürəm, çünki mən məşqçiyəm”, deyə Amorim xüsusilə vurğulayıb.

Xatırladaq ki, 2024-cü ilin noyabrın ayının 11-də Ruben Amorim “qırmızı şeytanlar”ın sükanı arxasında rəsmən fəaliyyətinə başlayıb.

Vurğulayaq ki, Amorim Avropanın ən perspektivli çalışdırıcılarından biri hesab edilir. Lissabon “Sportinq”ind Amorim Portuqaliya nəhəngləri “Benfika” və “Portu”ya divan tutan rəqabətəqadir kollektiv təsis edə bilib. Məhz bu amil “Mançester Yunayted”in Ruben Amorimi “qırmızı şeytanlar”a yeni baş məşqçi seçməsində əsas olub. 39 yaşlı portuqal mütəxəssisin “Mançester Yunayted”lə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

22 oyundan 26 xalla “Mançester Yunayted” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Seçilən
21
22
arena.az

10Mənbələr