AZ

Eowyn fırtınası İrlandiya və Şimali İrlandiyanı vurub

Bakı, TurkicWorld

İrlandiya və Şimali İrlandiyada "Eowyn" qasırğasının təsirləri fəlakətə səbəb olub.

TurkicWorld xəbər verir ki , saatda 182 km-ə çatan küləklər nəticəsində 80 illik rekordu qıran bu güclü fırtına nəqliyyat və enerji infrastrukturunda ciddi problemlər yaradıb.

Dublin Hava Limanında planlaşdırılan 110 uçuş və 110 eniş ləğv edilib. Yaxın günlərdə əlavə ləğvlər və gecikmələr gözlənilir.

560 min ev və müəssisə elektriksiz qalıb. ESB Networks bəzi bölgələrdə elektrik enerjisinin bərpasının 9 günə qədər çəkə biləcəyini bildirib.

Hazırda İrlandiyada bütün məktəblər bağlanıb, ictimai nəqliyyat isə dayandırılıb. Edinburq və Qlazqo arasında uçuşlar da ləğv edilib.

İrlandiya meteoroloji agentliyi bunun son illərdə baş verən ən təhlükəli qasırğalardan biri olduğunu bəyan edib. Fırtına zamanı külək sürəti gecə boyu saatda 182 km-ə çatıb və ölkə tarixindəki ən güclü külək rekordu yenilənib.

Rəsmilər sakinləri zərurət olmadıqca çölə çıxmamağa çağırıb və fırtınanın yaratdığı təhlükələrə qarşı diqqətli olmalarını tövsiyə edib.

Seçilən
31
16
turkic.world

10Mənbələr