Türkiyənin Konya bölgəsində 4 mərtəbəli bina uçub. Metbuat.az xəbər verir ki, binada 5 nəfərin ola biləcəyi barədə məlumat daxil olduqdan sonra axtarış-xilasetmə əməliyyatına başlanılıb. Konya valisi İbrahim Akının sözlərinə görə, binadan çıxan 2 nəfər tikilidə 5 nəfərin olduğu barədə məlumat verib. Həmin iki nəfərin suriyalı olduğu bildirilir. Məlumata görə, bina 1994-cü ildə inşa edilib. Binanın qəzalı vəziyyətdə olduğu barədə xəbərdarlıq edilsə də, bəzi sakinlər binadan çıxmayıb. Hadisədən əvvəl də binanı boşaltmaq barədə xəbərdarlıq edilsə də, bir ailə binanı tərk etməyib. 5 nəfərin eyni ailədən olduğu və ailənin Suriyadan olduğu deyilir. Hadisə yerində 200 nəfərdən ibarə qrup axtarış işlərini davam etdirir.