AZ

Türkiyədə 3 mərtəbəli bina çökdü:DAĞINTILAR ALTINDA QALANLAR VAR

Türkiyənin Konya vilayətində üçmərtəbəli bina çöküb. 

 

Senzor.az bildirir ki, bu barədə yerli telekanallar məlumat yayıblar.

 

Qeyd olunur ki, hadisə Selcuklu rayonunda qeydə alınıb. Hadisə yerinə xilasedicilər, polis və təcili tibbi yardım əməkdaşları cəlb olunublar.

 

Məlumatlarda o da bildirilir ki, iki nəfər xilas edilib, lakin daha bir neçə nəfərin dağıntılar altında ola biləcəyi istisna olunmur. 

 

Hazırda axtarış tədbirləri davam etdirilir.


Seçilən
36
31
senzor.az

10Mənbələr