AZ

USAID Ukraynaya dəstək layihələrini dayandırıb

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ukraynaya yardımla bağlı layihələrini dayandırıb.

Bu barədə departamentdəki mənbələrə istinadən Reuters agentliyi məlumat yayıb.

Qeyd olunub ki, dondurulmuş layihələrə səhiyyə sahəsində yardım, o cümlədən uşaqların peyvənd edilməsi, eləcə də məktəblərə dəstək daxildir.

Daha əvvəl Politico xəbər verib ki, ABŞ dövlət katibi Marko Rubio, demək olar ki, bütün xarici yardım proqramlarının maliyyələşdirilməsinin dərhal 90 gün müddətinə dondurulmasına göstəriş verib. (Report)

Xatırladaq ki, USAID-i yaradan qanun 1961-ci ilin noyabrında prezident Con Kennedi tərəfindən imzalanıb. İlk dəfə olaraq ABŞ-ın dövlət qurumlarından biri bütünlüklə başqa ölkələrin iqtisadi və sosial inkişafında uzunmüddətli yardıma yönəldi, bir neçə əvvəlcədən mövcud olan təşkilatların funksiyalarını birləşdirdi. Hər il ABŞ federal büdcəsinin təxminən 1%-i bu təşkilatın proqramlarının maliyyələşdirilməsinə ayrılır. Agentliyin dünyanın əksər ölkələrində nümayəndəlikləri var

Seçilən
10
50
azpost.info

10Mənbələr