AZ

Şirkətlərin "Turanbank"dakı əmanətləri 30 milyon manatdan çox artıb

2024-cü ilin sonuna "Turanbank"ın öhdəlikləri 747,9 milyon manata bərabər olub.

FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.

Məlumata görə bu illik müqayisə ilə 5,7 milyon manat, başqa sözlə 1% çoxdur.

Depozit portfelinin həcmi  461,5 milyon manat olub ki, onun da 366,9 milyon  manatı fiziki, 94,6 milyon manatı hüquqi şəxslərin payına düşüb. Ümumi depozit portfeli 2,6 milyon manat (1%) böyüyüb, şirkətlərin bankdakı əmanətləri 30,3 milyon manat (47%) artıb.

Seçilən
43
50
fed.az

10Mənbələr