2024-cü il gömrük xətti ilə büdcə daxilolmalarında Komitə tərəfindən dövlət büdcəsinə 6 milyard 648 milyon 703 min manat vəsaitin köçürülməsi təmin edilib ki, bu da illik proqnoza nisbətdə 213 milyon 700 min manat və ya 3,3% çoxdur.
Marja xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru Bəhruz Quliyev bildirib.
O qeyd edib ki, ötən il ərzində 35255 hüquqpozma faktının aşkar edildiyini bildirən Komitə sədrinin birinci müavini vurğulayıb ki, bunlardan 1278-i cinayət xarakterli, 33977-i inzibati xəta faktlarıdır.
Hesabat ilində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 96 fakt aşkar olunub və ümumilikdə 379 kq 127 qram narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən çıxarılıb.