Yaponiyanın Rusiyaya qarşı siyasəti açıq şəkildə qeyri-dost olaraq qalır.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Yaponiya Baş naziri Şiqeru İşibanın ərazi problemini həll etmək və Rusiya ilə sülh müqaviləsi imzalamaq istəyini şərh edərkən deyib.
"Yaponiya ölkəmizə qarşı açıq şəkildə düşmən mövqe tutduğunu bildirdi", - Peskov belə söyləyib.
Müəllif: Qənirə Süleymanova