ABŞ Senatı cümə günü axşam Pit Heqsetin müdafiə naziri vəzifəsinə namizədliyini təsdiqləyib.
“AzPolitika” xəbər verir ki, Senatda keçirilən səsvermə partiyalar üzrə 51-50 səslə bölünüb. 50 respublikaçı senator Pit Heqsetin namizədliyinin lehinə, 47 demokrat və 3 respublikaçı, o cümlədən respublikaçıların Senatda sabiq lideri Mitç Makkonnell əleyhinə səs verdilər.
Belə hallarda qanunvericilik son səsi ABŞ-ın vitse-prezidentinə verir. Cey Di Vens Trampın namizədini dəstəkləyib, nəticə etibarı ilə 51-50 nisbətlə Pit Heqset ABŞ-ın növbəti müdafiə naziri olaraq Senat tərəfindən qəbul edilib. Bu, ABŞ tarixində yalnız ikinci dəfədir ki, Senatın rəhbəri olan vitse-prezident həlledici səsi bərabərlik zamanı verir.
Bu ayın əvvəlində etdiyi təsdiqləmə dinləmələrində Heqset millət vəkillərinə ABŞ ordusuna cavabdehliyi qaytaracağını vəd edib.
Heqset Senatın Silahlı Qüvvələr Komitəsinin sədri Rocer Uikerdən dəstək alıb və o, namizədin “Pentaqona yeni döyüşçü ruhu gətirəcəyini” deyib.
Sosial şəbəkələrdə yayılmış fotosunda Heqsetin bədənində "Deus Vult"(Tanrı uğrunda) yazısı olan tatunu görünür. Bu şüardan xaç yürüşçüləri zamanı "irqi təmizlik" naminə müsəlmanları və yəhudiləri qırarkən istifadə olunub və onların əsas şüarı idi.
“AzPolitika.info”