AZ

Ukrayna əsgəri Moskvaya kimi gedərdi... - Diaspor nümayəndəsi

ABŞ lideri Donald Tramp Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində addımlar atır. Lakin onun buna hansı müddətdə nail olacağı hələ məlum deyil. 

Ukraynada belə bir fikir formalaşıb ki, müharibə dayanmayacağı təqdirdə Moskvaya da hücum edilə bilər. Bununla yanaşı, Moskvanın da Kiyevə aid olması ilə əlaqədar iddialar mövcuddur. 

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun mətbuat katibi Qalib Osmanlı mövzu ilə bağlı Modern.az-a bildirib ki, nə Moskva Ukraynadır, nə də Kiyev Rusiya:

"Ukrayna özünə aid olanı işğaldan azad etmək istəyir, Ukraynanın kiminsə torpağında gözü yoxdur.
Tarixə nəzər salsaq, 9-cu əsrdə Kiyev-Rus dövləti Ukraynada yarananda Rusiyada vahid dövlət yox idi, knyazlıqlar var idi. Rusiya nəyə görə Ukraynaya hücum etdi? Çünki Rusiya imperiyasinin pasportu Ukraynadır. Ukraynasız Rusiya imperiya deyil".

Q.Osmanlı Ukrayna ordusunun Moskvaya kimi gedib çıxmaq niyyəti haqda danışıb:

"Qaldı ki, Moskvaya kimi gedib çıxmaq məsələsinə, müharibə başlayanda Ukraynaya lazımi dəstək olsaydı, Ukrayna əsgəri Moskvaya kimi gedərdi, bu ritorik ifadədir, elə bir niyyət yoxdur".

Seçilən
7
48
modern.az

10Mənbələr