Bakı. Trend:
ABŞ administrasiyası qeyri-qanuni immiqrasiyanın qarşısını almaqüçün Meksika ilə sərhəddə Stryker zirehli transportyorları ilətəchiz olunmuş hərbi bölmələr yerləşdirmə imkanını nəzərdənkeçirir.
Trend-inWashington Post-a istinadən verdiyi məlumata görə, ABŞ rəsmiləriABŞ-Meksika sərhədinə əlavə olaraq minlərlə hərbçi, o cümlədən 20tonluq Stryker zirehli transportyorları ilə təchiz edilmiş piyadabölmələri göndərməyi planlaşdırır.
Mənbələr bildirir ki, ümumilikdə 10 minə qədər hərbçinin, ocümlədən 82-ci hava-desant diviziyasının əsgərlərinin sərhədəköçürülməsi müzakirə edilir.
Bundan əvvəl ABŞ administrasiyası sərhədin qərb hissəsinə 4000hərbçinin, helikopterlərin və hərbi kəşfiyyat bölmələrininyerləşdiriləcəyini açıqlamışdı.
Qeyd edək ki, yanvarın 20-də ABŞ Prezidenti Donald Tramp sərhədtəhlükəsizliyi üçün fövqəladə vəziyyət elan edib. O, bununqeyri-qanuni miqrantların ölkəyə "fəlakətli hücumuna" qarşımübarizə aparmaq məqsədilə cənub sərhədinə əlavə qoşungöndərilməsinə imkan yaradacağını bildirib.