AZ

Əsəd devrildi, sövdələşmə bitdi- Rusiya Suriyanın Tartus limanından geri çəkilir...

Image

Suriya Rusiyanın “Stroytransgaz” tikinti şirkəti ilə 2019-cu ildə imzaladığı və Tartus limanının idarəçiliyini 49 illiyinə Rusiyaya verən investisiya müqaviləsini ləğv edib. “El-Vatan” qəzetinin məlumatına görə, Tartus Gömrük direktoru Riad Cudi , limanın fəaliyyətindən əldə edilən bütün gəlirlərin artıq Suriya dövlətinin maraqlarına xidmət edəcəyini deyib.

Bəşər Əsəd rəhbərliyinin Rusiyanın Stroytransgaz inşaat şirkəti ilə imzaladığı müqavilə, Rusiyanın limanı işlətməsini, limanın mənfəətinin 65 faizini götürməsini və modernləşdirmə işlərinə 500 milyon dollardan çox sərmayə qoymasını nəzərdə tuturdu.

Bildirilir ki, yeni administrasiya razılaşmanı ləğv etməklə Rusiyanın Suriyadakı təsirini azaltmağı hədəfləyib. Bundan başqa, hesab edilir ki, müqavilənin ləğvindən sonra Rusiyanın bölgədəki hərbi mövcudluğunu saxlaması mümkün olmayacaq.

Tartus limanındakı Rusiya hərbi dəniz bazası Əsəd rejiminin süqutundan əvvəl Moskvanın Aralıq dənizindəki yeganə yanacaqdoldurma məntəqəsi olub. Baza Rusiyanın Qara dəniz və Afrikada əməliyyatlar keçirməsi üçün də əlverişli mövqedə yerləşirdi. Bundan başqa, Tartus Hmeymimdəki hava bazası ilə yanaşı Rusiyanın Suriyadakı hərbi əməliyyatları üçün də mühüm baza hesab olunurdu.

Son iddialara görə, Rusiyanın “Sparta II” yük gəmisi bu yaxınlarda limana yaxınlaşıb və Rusiya bazanı boşaltmağa başlayıb.

TAHİR





Seçilən
24
27
baki-xeber.com

10Mənbələr