AZ

Salyanda partlayış: Ata və oğlu YARALANDI

Salyan rayonunun Şorsulu kəndində “Mersedes” markalı yük avtomobilinin kabinəsi, 3 ədəd ön təkəri və qoşqusunun üzərinə çəkilən tent qismən yanıb.

Bu barədə XəzərNews.az-a FHN-dən bildirilib.

Yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb.

Yük avtomobilininin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

21:30

Salyan rayonunda yük avtomobilinin çəni partlayıb.

XəzərNews.az "Unikal"a istinadla xəbər verir ki, hadisə rayonun Şorsulu kəndində qeydə alınıb.

İlkin məlumata görə, “TIR”da qaynaq işləri aparılarkən ehtiyatsızlıqdan yük maşınının çəni partlayıb.

Hadisə nəticəsində rayonun Şorsulu kənd sakinləri, 1983-cü il təvəllüdlü Əliyev Paşa Cabbar oğlu və onun oğlu 2009-cu il təvəllüdlü Əlizadə Qismət Paşa oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.

Yanıq xəsarətləri alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 3 dəfə oxunub.
Seçilən
37
50
xezernews.az

10Mənbələr