AZ

Netanyahu və Tramp fevralda Vaşinqtonda görüşəcək

Bakı. Trend:

İsrailin Baş naziri Benyamin Netanyahu fevralın birinciyarısında ABŞ Prezidenti Donald Trampla Vaşinqtonda görüşməyiplanlaşdırır.

Trend-in N12telekanalına istinadən verdiyi məlumata görə, bu görüş hətta Qəzzazolağından girovların azad edilməsi üzrə razılaşmanın birincimərhələsi tamamlanmadan baş tuta bilər.

Yanvarın 15-də Qətərin Baş naziri və xarici işlər naziriMəhəmməd bin Əbdül Rəhman Əl Tani İsrail ilə HƏMAS arasındavasitəçilik səyləri nəticəsində razılaşma əldə edildiyiniaçıqlayıb. Bu razılaşma çərçivəsində Qəzza zolağında girovlarınazad edilməsi və atəşkəsin tətbiqi nəzərdə tutulur.

Razılaşmanın birinci mərhələsi 42 gün davam edəcək və HƏMAS,İsrail həbsxanalarında saxlanılan fələstinli məhbusların əvəzində33 israilli girovu azad edəcək.

Seçilən
12
42
az.trend.az

10Mənbələr