AZ

Berlində AfD-yə qarşı təxminən 100 min insan nümayişə çıxıb

Berlində təxminən 100 min insan “Almaniya üçün Alternativ” (AfD) partiyasına və digər partiyaların onunla əməkdaşlığına qarşı nümayişə çıxıb.

“Report” xəbər verir ki, bu barədə “Bild” yazıb.

Aksiya Brandenburq qapısı yanında keçirilib. İştirakçılar əllərində şam və fənərlər tutublar. Onlar həmçinin AfD-ni dəstəkləyən ABŞ Prezidenti Donald Tramp və biznesmen İlon Maska qarşı da etirazlarını bildiriblər.

Nümayişçilər Xristian Demokrat İttifaqının (XDİ) lideri Fridrix Mersi də tənqid ediblər. O, əvvəllər Bundestaqda XDİ/XSİ fraksiyasının miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi ilə bağlı təkliflər irəli sürəcəyini və bunun parlamentdəki digər partiyaların təşəbbüsü dəstəkləyib-dəstəkləməməsindən asılı olmayaraq baş verəcəyini açıqlamışdı.

Siyasi rəqiblər onun sözlərini “təcrid” strategiyasından – AfD ilə hər hansı əməkdaşlığın istisna edilməsindən prinsipial olaraq imtina etməyə hazır olması kimi qiymətləndiriblər, çünki AfD də miqrasiya siyasətinin sərtləşdirilməsinin tərəfdarıdır və bu sahədə addımları dəstəkləyəcəyini bildirib.

Seçilən
30
32
report.az

10Mənbələr