AZ

PUA-nın hücumu 70-dən çox adamın həyatına son qoydu

 

  Sudanın Şimali Darfur əyalətinin mərkəzi Faşir şəhərindəki xəstəxanaya pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində 70-dən çox adam həlak oldu.

  Sudan Xəbər Agentliyi – SUNA-nın məlumatına görə, Darfurun başçısı Mini Arko Minavi öz “Facebook” hesabında yazıb: “Çevik Dəstək Qüvvələri pilotsuz təyyarə ilə Səudiyyə Ərəbistanının mərkəzi olan Şimali Darfur əyalətinin Faşir şəhərindəki Səudiyyə xəstəxanasının təcili yardım bölməsini hədəf alıb. Nəticədə təcili yardım otağındakı bütün xəstələr, o cümlədən qadın, uşaq və digərləri də daxil olmaqla, 70-dən çox xəstə ölüb”.

  Hücumun fotolarını da paylaşan Minavi xəstəxananın təcili yardım şöbəsindəki dağıntılara və qan izlərinə diqqət çəkib.

  Faşir Müqavimət Komitəsi də eyni məzmunda məlumatını paylaşılıb.



Seçilən
17
27
trt.net.tr

10Mənbələr